Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində səfərdə "Volfsburq"a uduzan "Real" ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Madrid klubunun hücumçusu Kərim Benzema qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Sol dizindən zədələnən fransalı forvardın cavab oyununa kimi hazır olacağı bildirilir.
Bu mövsüm tez-tez zədələnən fransalı forvard 22 oyunda meydana çıxa bilib.