Almaniya Qərb Regional Liqasında 27-ci turdan təxirə salınan oyunlar keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Veqberq Bik"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 4:1. Erat bu matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 47 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.