Samir Məsimov oynadı, komandası heç-heçə etdi

Sloveniya çempionatında 28-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Domjale" klubu evdə "Koper"lə üz-üzə gəlib.

Matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan bir xalla ayrılıb - 1:1. Samir Məsimov 63-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Domjale" geridə qalan 28 turdan sonra 46 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right