"Traktorsazi"nin futbolçusundan əsgər salamı

Bu gün Təbrizin "Traktorsazi" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsində evdə Özbəkistan "Paxtakor"unu 2:0 hesabıyla məğlub etdi. Oyundan öncə Təbriz klubunun azarkeşlərinin Qarabağdakı döyüşlərlərlə bağlı şüarlar səsləndirəcəyi barədə məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, cənubi Azərbaycan klubunun ikinci qoluna imza atan Saeid Ağaei qol sevincini qeyd edərkən tribunalara tərəf əsgər salamı verib. İranın gənclərdən ibarət millisinin şərəfini qoruyan Saeid 1995-ci ildə Təbrizdə doğulub.

Bu qələbəylə xallarının sayını 9-a çatdıran "Traktorsazi" qrupda birinci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right