Fransa milli komandasının sabiq üzvü – 2012-ci ildə karyerasını bitirən Silven Viltord yeni qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə , 41 yaşlı futbolçu karyerasını yenidən bərpa etməyə hazırlaşır. Bu barədə futboçunun özü rəsmi "twitter” səhifəsində məlumat verib. Veteran futbolçu aprelin 20-də mətbuat konfransı keçirəcəyini və yeni klubunun adını açıəqlayacağını bildirib.
Qeyd edək ki, Viltord 1999-2006-cı illərdə Fransa milli komandasının formasını geyinib. O, karyerası ərzində "Renn”, "Deportivo”, "Bordo”, "Arsenal”, "Lyon”, "Marsel”, "Metz” və "Nant” kimi klubların şərəfini qoruyub.