"Pul qazanmaq istəsəydim, Azərbaycana gedərdim"

Yaponiyanın "Yokojama Marinos" klubunun yeni transferi Kventin Martinus Rumıniyanın "Botoşani" klubundan ayrılmasından danışarkən Azərbaycana da toxunub.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Yaponiyanı seçdim. Çünki burada hər şey peşəkar səviyyədədir. Son dövrlər "Botoşani"də hiss edirdim ki, inkişaf yoxdur. Artıq orada davam edə bilməzdim. Orada inkişaf edə bilməzdim. İrəliyə doğru böyük addım atmaq lazım idi. İnsanlar düşünə bilər ki, mən Yaponiyaya pul qazanmaq üçün gəlmişəm. Amma elə olsaydı, Azərbaycana gedərdim. Lakin mən Azərbaycandan daha yaxşı yerlərdə oynamaq istəyirdim".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right