Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Noyştetlits"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 3:2. Rüfət bu matça start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 19 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.