"Atletiko" İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Madrid klubu 31-ci turda doğma meydanda "Betis"lə qarşılaşıb. Matç Dieqo Simeonenin komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Atletiko" (Madrid) - "Betis" - 5:1
Qollar: Fernando Torres, 37 (1:0), Antoni Qrizman, 42 (2:0), Xuanfran, 65 (3:0), Ruben Kastro, 79 (3:1), Antoni Qrizmann, 82 (4:1), Tomas, 90 (5:1)
Turnir cədvəlinə 76 xalla "Barselona" liderlik edir. "Atletiko" 70 xalla 2-ci, "Real" 66 xalla 3-cüdür.