"Qayıdışım böyük səhv id, bura klubuma və ailəmə görə döndüm"

"Boka Xuniors"un hücumçusu Karlos Teves Avropadan Argentinaya qayıdışı barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Teves hərdən Argentinaya qayıdışının səhv olduğu barədə düşündüyünü etiraf edib.

O, Avropadan doğma klubuna və ailəsinə görə qayıtdığını deyib: "Hərdən fikirləşirəm ki, qayıdışım böyük səhv idi. Bura klubuma və ailəmə görə qayıtdım. Həmin vaxt Avropada qalmağım üçün kiçik şansın olduğunu desəydim, əmin olun ki, böyük xaos yaşanacaqdı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right