"Neymar Beyldən, Rakitiç Kroosdan güclüdü" - Ançelottidən etiraf

"Real"ın keçmiş baş məşqçisi Karlo Ançelotti bu gün keçiriləcək "el klasiko"dan əvvəl komandaların oyununu analiz edib.

Newsport.az-ın məlumatına görə, o, hər iki komandaların oyunçuları arasında da paralellər aparıb. Ançelotti Neymarın Beyldən, Rakitiçin isə Kroosdan üstün olduğunu deyib:

"Rakitiçin inanılmaz funksional və psixoloji üstünlükləri var. O, komandanın uğur qazanmasında böyük rol oynayır. "Real"da da Kroos vacib oyunçu sayılır. Amma o, Rakitiç səviyyəsində deyil.

Bu mövsüm Neymarın inkişaf etdiyi aşkardı. O, hazırda formasının pik nöqtəsindədi. Eyni funksiyanı "Real"da həyata keçirən Beyl isə zədə səbəbindən çox oyun buraxıb. Hazırda Neymar Beyldən güclüdü".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right