İsrafilov "Kordoba"ya kömək edə bilməyəcək

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya ikinci liqasının 32-ci turu çərçivəsində "Ximnastik"lə səfər oyununda "Kordoba"ya kömək edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, buna səbəb onun sarı vərəqə limitini doldurmasıdır.

Qeyd edək ki, İsrafilov "Kordoba"ya keçəndən sonra cəmi 8 oyuna çıxıb. O, bu görüşlərdə 5 dəfə sarı vərəqə ilə cəzalanıb.

"Ximnastik"lə matçı kənardan izləməli olacaq millimizin üzvü yalnız aprelin 10-da baş tutacaq 33-cü tur çərçivəsindəki "Albasete" ilə görüşdə meydana çıxa biləcək.

Eddinin komandası hazırda 47 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right