Luis Enrike: "Messi başqa kainatdandır"

"Real"a qarşı yaxşı oynamalıyıq. Asan olmayacaq, amma Yohan Kroyf üçün qalib gəlməyə çalışacağıq.Jerom Matyedən başqa, bütün futbolçular "El Klassiko"ya hazırdırlar".

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 31-ci turunda "Real"la oyun öncəsi deyib.

"Benites və Zidanın çalışdırdığı "Real" arasında kiçik fərqlər var. Bu fərqləri sizə deməyəcəm, ancaq oyunçularım bilir" - deyə o bildirib.

L.Enrike Madrid klubuna qarşı matçda fərqlənəcəyi təqdridə, futbolçu karyerasında 500-cü qolu vuracaq Lionel Messi haqda da danışıb:

"Messi başqa kainatdandır. Onun bu qədər qol vurmağı normal deyil".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right