Dieqo Kosta cəzalandı

"Çelsi"nin hücumçusu Dieqo Kosta cəzalanıb.

Newsport.az-ın İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna ispaniyalı futbolçunun qeyri-etik davranışı səbəb olub.

İngiltərə Federasiya kubokunun 1/4 finalında "Everton"la görüşün sonlarında meydandan qovulan Kosta rəqib azarkeşlərə ədəbsiz jest edib. Bu səbəbdən bir oyunluq cəzalandırılan 27 yaşlı futbolçu həmçinin 20 min funt-sterlinq cərimə ödəyəcək.

Qeyd edək ki, cari mövsüm "Çelsi"nin heyətində 37 oyun keçirən Kosta 15 qol vurub və 6 məhsuldar ötürmə verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right