Ferdinand yenidən “Mançester Yunayted”də

"Mançester Yunayted” sabiq futbolçusu Rio Ferdinandı yeni işlə təmin edib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı veteran futbolçu yeni mövsümdən etibarən "qırmızı şeytanlar”ın məşqçilər korpusunda yer alacaq. 
 
Bu barədə məlumatı İngiltərə milli komandasının sabiq müdafiəçisi şəxsi "twitter” hesabı vasitəsi ilə ictimaiyyətə çatdırıb: "Yeni iş. Müqavilə imzaladıq. Yayda "Mançester Yunayted”də olmağı dörd gözlə gözləyirəm. Böyük yay gəlir!”
 
Qeyd edək ki, Ferdinand 2002-14-cü illərdə "Mançester Yunayted”də oynayıb. Müdafiəçi ötən il həyat yoldaşının xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra karyerasını bitirmək barədə qərar qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right