UEFA Ukraynanın "Dnepr" klubunu bir mövsüm müddətinə avrokuboklardan uzaqlaşdırıb.
Newsport.az-ın məlumatına görə, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Dneprepetrovski təmsilçisi keçmiş məşqçilərinə və futbolçulara olan borcunu ödəmədiyi üçün bu cəzaya məruz qalıb.
Ukrayna təmsilçisi növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.