İngiltərə milli komandasının sabiq üzvü Adam Consonun həbs olunması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Azyaşlı qızla cinsi əlaqədə olması sübuta yetirilən futbolçu 6 il müddətində azadlıqdan məhkum olunmuşdu.
Newsport.az-ın məlumatına görə, təxminən iki həftə əvvəl həbs olunan futbolçu həbsxanada hücuma məruz qalıb. Kamera yoldaşları ülgüclə Adama hücum ediblər. Onlar futbolçunun üzünə, qasıq nahiyəsinə və yanına xəsarət yetiriblər.
Qeyd edək ki, Adam həbsxanada təmizlik işlərinə baxır. "Sunderlend”də ayına 60 min avro qazanan müdafiəçi həbsxanadakı işinə görə, 11 funt-sterlinq qazanır.