Yaya Ture artıq "Siti"yə lazım deyil

"Mançester Siti"nin futbolçusu Yaya Ture yayda komandasını dəyişəcək.

Newsport.az-ın məlumatına görə,bu barədə futbolçunun meneceri Dmitri Seluk məlumat verib.

O bildirib ki, gələn təkliflər arasında "şəhərlilər"in adı yoxdu:

"Bu andan etibarən biz digər klublarla danışıqlara başlayırıq. "Siti"dən konkret təklif almadıq. Yaya kluba bacardığı hər şeyi verdi. Bizə elə gəlir ki, rəhbərlik onu qiymətləndirməsini daha yaxşı göstərə bilərdi."

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right