Almaniya millisinin sabiq üzvü karyerasını bitirdi

Almaniya milli komandasının sabiq üzvü Timo Hildebrand karyerasını başa vurub. 
Newsport.az-ın məlumatına görə , qolkiper bu barədə şəxsi "facebook” səhifəsində məlumat verib. 
"17 il peşəkar futbol həyatımda mənə dəstək olan bütün azarkeşlərə, çıxış etdiyim klublara və komanda yoldaşlarıma təşəkkür edirəm. Futbolu çox sevirəm. Hazırda elə yaşdayam ki, karyeramı başa vurmalıyam.”
Qeyd edək ki, Hildebrand karyerası ərzində "Valensiya”, "Sportinq” və "Şalke” kimi klublarda forma geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right