İbrahimoviçdən şok açıqlama

Fransanın PSJ klubunun və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç gözlənilməz açıqlamaları ilə diqqət çəkib.

Newsport.az-ın məlumatına görə, təcrübəli hücumçu mövsümün sonunda karyerasını başa vura biləcəyini deyib:

"Mövsümün sonunda qərarım ağlasığmaz ola bilər. Çünki bəlkə də karyeramı başa vurdum. Təbii ki, bu barədə heç kəs düşünmür. Ancaq mövsümün sonunda karyeramı zirvədə başa vurmağı seçə bilərəm".

Qeyd edək ki, mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq İbrahimoviçin karyerasını harada davam etdirəcəyi məlum deyil.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right