Bu gün keçiriləcək Fransa - Rusiya yoxlama oyunu ilə bağlı yerli hökümət təhlükəsizlik tədbirlərini gücləndirib.
Newsport.az-ın məlumatına görə, “Stad de Frans”da keçiriləcək matça 400 polis cəlb olunacaq.
Terror hadisələrinin tez-tez baş verdiyindən ehtiyat edən Fransa höküməti stadionun ətrafında və binalarda snayperlər yerləşdirəcək.