"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni iş yeri bəlli olub.
Newsport.az-ın məlumatına görə, serbiyalı qolkiper karyerasını Qazaxıstanda davam etdirəcək.
Təcrübəli qapıçı bu ölkənin "Okjetpes" klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Stamenkoviç "Neftçi"də çıxış etdiyi müddətdə 2 dəfə Azərbaycan çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub.