İngiltərə və Rusiyadan qələbə, Albaniya uduzdu

Dünyanın yaşıl meydanlarında beynəlxalq yoldaşlıq oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün millimizin Qazaxıstanla görüşü ilə yanaşı, daha bir neçə qarşılaşma baş tutub.

Rusiya evdə Litvanı 3:0 hesabı ilə məğlub edib. Macarıstan öz meydanında Xorvatiya ilə 1:1 bərabərə qalıb. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması səfərdə Avstriyanın qonağı olub və rəqibinə 1:2 hesabı ilə uduzub.

"DÇ-2018"in seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya millisi öz meydanında İngiltərəni qəbul edib. Hesabda 0:2 geri düşən ingilislər 3 qol vurmaqla görüşdən qalib ayrılıb.  


 

26 mart 

Beynəlxalq yoldaşlıq oyunları

20:00. Rusiya - Litva - 3:0
Qollar: 
Smolov, 41 (1:0), Qolovin, 61 (2:0), Qluşakov, 72 (3:0)

20:30. Avstriya - Albaniya - 2:1
Qollar: 
Yanko, 6 (1:0), Harnik, 13 (2:0), Lenjani, 47 (2:1)

20:30. Polşa -  Finlandiya - 5:0
Qollar: 
Qrosiçki, 18 (1:0), Vszolek, 20 (2:0), Starzunski, 32 (3:0), Vszolek, 66 (4:0), Qrosiçki, 85 (5:0)

21:00. Macarıstan - Xorvatiya - 1:1
Qollar:
 Mandzukiç, 29 (0:1), Dzudzak, 79 (1:1)

23:45. Almaniya - İngiltərə - 2:3
Qollar: 
Kroos, 43 (1:0), Qomez, 57 (2:0), Keyn, 61 (2:1), Vardi, 74 (2:2), Dayer, 90+1 (2:3)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right