"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, albanlar səfərdə Avstriyanın qonağı olub.
Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Start heyətində meydana çıxan Aqolli sona qədər oyunda qalıb.
Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.