PSV insanlıq ayıbı edən azarkeşlərinə sərt cəza verdi

Çempionlar Liqasında "Atletiko" ilə matçı izləmək üçün Madriddə yollanan PSV azarkeşləri etdikləri hərəkətlə qınaq obyektinə çevrilmələri haqqında məlumatı diqqətinizə çatdırmışdıq. Belə ki, hollandiyalı fanatlar paytaxt küçələrində yardım istəyən miqrantlara qarşı tərbiyəsiz davranışla yadda qalmışdılar.

Yoxsulların yardım istəyinə qəpik ataraq cavab verən PSV fanatları bütün dünyada qınaqla qarşılanmışdı.

Newsport.az xəbər verir ki, klub sözügedən azarkeşlərinin cəzasını açıqlayıb. Madriddə qeyri-etik hərəkətləri ilə yadda qalan 5 fanat bundan sonra PSV-nin ev oyunlarını izləməkdən məhrum ediliblər.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right