Çin klubunu “Real”dan üstün tutdu PULA GÖRƏ

Çinin “Habei Fortuna” klubunda çıxış edən Jervinyo maraqlı açıqlama verib. Newsport.az xəbər verir ki, “Roma”nı Çin təmsilçisinə dəyişən futbolçu Asiya ölkəsində futbola yatırılan pulların onda təəccüb yaratdığını bildirib.

Onun sözlərinə görə, Avropada  hazırda qazandığı pulu qazanmaq mükün deyil: “Belə təklifi rədd edə bilməzdim. Düzdü, göstərdiyim və bacardığım oyuna görə belə yüksək məbləğ təklif etdilər. Amma mənim üçün də bu maaş çoxdu. Heç Madrid “Real”ında da bu məbləği qazanmaq mümkün deyil.”

Qeyd edək ki, Fil Dişi Sahili milli komandasının üzvü “Habei Fortuna”da  hər oyuna görə 60 min avro qazanır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right