“Liverpul”un hücumçusu Kristian Benteke baş məşqçisi Yürgen Klopa etirazını bildirib.
Newsport.az-ın məlumatına görə, belçikalı əsas heyətə düşməməsindən narazıdı. 25 yaşlı oyunçu Klopun seçimini başa düşmədiyini bildirib. Benteke mövsümün əvvəlində Brendan Rocersin istəyi ilə 32 milyon funt sterlinqə “Aston Villa”dan transfer edilmişdi:
“Bəzi komanda yoldaşlarım Klop vəzifəyə gələndə mənə çox şanslı olduğumu bildirmişdi. Çünki o, Dortmund “Borussiya”sına rəhbərlik etdiyi vaxtlarda məni transfer etmək istədiyini demişdi. Eyni məşqçinin indi məni niyə ehtiyatda saxladığını anlaya bilmirəm”.