Premyer Liqanın bombardiri ilə həftəsinə 100 minlik müqavilə!

"Tottenhem" hücumçusu Hari Keynlə müqavilə yeniləməyə hazırlaşır. 

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun cari mövsümkü çıxışı London təmsilçisinin rəhbərliyini razı salır.  Onu komandada saxlamaq istəyən rəhbərlik yeni müqavilə imzalamaq niyyətindədi. 

Lakin müqavilənin müddəti açıqlanmır. Keyn "Tottenhem"lə yeni sözləşmə imzalayacağı təqdirdə həftəsinə 100 min funt-sterlinq qazanacaq. Cari mövsüm Premyer Liqada 31 oyun keçirən Keyn 21 qolla bombardirlər siyahısına başçılıq edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right