"İbrahimoviçin "Milan"a qayıtması mümkün deyil, o qədər məbləğ ödəyə bilmərik"

"Milan"ın prezidenti Silvio Berluskoni Zlatan İbrahimoviç və Françesko Tottinin mümkün transferi haqda danışıb. 

Newsport.az-ın məlumatına görə, Berluskoni nə İbrahimoviçin, nə də Tottinin "Milan"a transfer olunacağını bildirib: "İbrahimoviçin "Milan"a qayıtması mümkün deyil. Çünki o Çin və Birləşmiş Ərəb Əmirliklərindən fantastik təkliflər alır.

Biz o qədər məbləğ ödəyə bilmərik. Tottiyə gəlincə, onun da transferi mümkünsüz görünür. "Roma"nın canlı əfsanəsi olan bir futbolçu belə asanlıqla klubdan ayrıla bilməz. Ümid edirəm ki, Totti "Roma" ilə razılığa gələcək və komandada qalacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right