Futbol dünyasına böyük itki: Yohan Kroyf vəfat etdi

Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib.  

Newsport.az-ın məlumatına görəAğciyər xərçəngindən əziyyət çəkən Hollandiya millisinin keçmiş üzvü 68 yaşında gözlərini əbədi yumub.

25 aprel 1947-ci ildə Amsterdamda anadan olan futbolçu karyerasına "Ayaks"da başlayıb. Dəfələrlə Hollandiya çempionu olan oyunçu "Barselona"da da parlaq çıxışı ilə azarkeşlərin könlünü fəth edib. Karyerası ərzində 752 oyunda 425 qol vuran Kroyf üç dəfə "Qızıl top"un sahibi olub. O, hər iki klubun heyətində dəfələrlə Çempionlar kubokunu da başı üzərinə qaldırıb.

Futbolçu karyerasını bitirəndən sonra “14 nömrə" məşqçi kimi də böyük uğurlara nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right