UEFA rəsmisi: "Terror olmayacağına zəmanət verə bilmərik"

Son vaxtlar baş verən terror hadisələri yayda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizlik məsələlərini gündəmə gətirib. 

Newsport.az-ın məlumatına görə, qitə turnirinin azarkeşsiz keçirilmə ehtimalı da var. İyunun 10-da start götürəcək və bir ay davam edəcək Avropa çempionatının oyunları Fransanın Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sent-Etyen və Tuluza şəhərlərində keçiriləcək.

Avropa futbol qurumu prezidentinin köməkçisi Ciankarlo Abete "Radio24"ə açıqlamasında məsələylə bağlı fikirlərini bildirib. O, terror təhlükəsi səbəbindən Avropa çempionatının arxa plana keçirilməyəcəyini, lakin oyunların azarkeşsiz təşkil olunma ehtimalının olduğunu bildirib: "Yarışlar vaxtı terrorun olmayacağına zəmanət verə bilmərik"

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right