"Azərbaycanla oyunda yalnız qələbəyə köklənmişik"

"Biz yalnız qələbəyə köklənmişik. Əsas heyətin futbolçuları klublarında yaxşı təcrübə əldə edirlər ki, bu da bizi sevindirir. Ona görə də komandada həm funksional, həm də emosional vəziyyət yaxşıdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev ölkəsinin mətbuatına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis "Avro-2017"nin seçmə mərhələsində bu gün qarşılaşacaqları millimizlə oyun haqda bunları bildirib:

"Bütün futbolçular oynamaq istəyir. Əsas problem meydana hansı futbolçuları buraxmağı müəyyənləşdirmək olacaq. İki gün burada yağış yağmasına baxmayaraq, qazonun keyfiyyəti bizi yaxşı mənada təəccübləndirdi. Ümid edirəm ki, bizi dəstəkləməyə azarkeşlər gələcək. Burada vəziyyət yaxşıdır. Klub yüksəlişdədir və şəhər futbolla yaşayır. Azərbaycan və Almaniya ilə görüşlərin bu şəhərə təyin olunması buna sübutdur".

Qeyd edək ki, bu gün "Olimp-2" stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right