Milli komandaların oyunu təxirə salındı – terror təhlükəsi

Belçika və Portuqaliya milli komandaları arasında yoxlama oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, bu haqda Belçika Futbol Federasiyasının rəsmi saytında bildirilib.

Oyunun martın 29-da keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Brüssəldə baş verən terror aktları səbəbindən oyunun başqa vaxta keçirilməsi uyğun sayılıb.

“Təhlükəsizlik səbəbindən hüquq-mühafizə orqanları Belçika Futbol Federasiyasından qarşıdakı oyunu keçirməməyi xahiş edib. Federasiya da bu xahişi nəzərə alıb” – deyə məlumatda bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right