18 yaş 141 günlüyündə etdi...

İngiltərə Premyer Liqasının 31-ci turunun dünən keçirilən "Mançester Siti" - "Mançester Yunayted" oyununda (0:1) komandasının yeganə qoluna imza atan Markus Reşford tarixə düşüb.

Newsport.az-ın məlumatına görə, 18 yaş 141 günlüyündə fərqlənən Reşford Mançester derbisində fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib.

Ondan öncə bu rekord "qırmızı şeytanlar"ın hücumçusu Ueyn Runiyə məxsus idi. Runi 2005-ci ildə keçirilmiş "Mançester Siti" - "Mançester Yunayted" oyununda (0:2) fərqlənərkən 19 yaşı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right