100 milyonluq futbolçudan tarixi göstərici

Həftəsonu "Sevilya" ilə matçda qol vuran Qaret Beyl "Real”ın tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, uelsli futbolçu hazırda La Liqada ən məhsuldar britaniyalıdı. Aktivində 43 qol olan Beyl 42 qolu olan Qari Linekeri qabaqlayır.

Belə ki, 1986-1989-cu illərdə  "Barselona"nın şərəfini qorumuş ingilis hücumçu Kataloniya klubunda 103 oyuna 42 qol vurmuşdu.

Qeyd edək ki, Beylin transferi "Real"a 100 milyon avroya başa gəlmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right