Sloveniya çempionatında 26-cı tura start verilib.
Newsport.az-ın məlumatına görə, Samir Məsimovun şərəfini qoruduğu "Domjale" səfərdə "Çelye" ilə qarşılaşıb. Məsimovun ehtiyat oyunçular skamyasından izlədiyi oyun "Domjale"nin 2:1 hesablı qələbəsiylə nəticələnib.
Samir komandasının qış fasiləsindən sonra ölkə çempionatında keçirdiyi 4 oyundan 3-də iştirak etməyib. Bu oyundan sonra xallarının sayını 45-ə çatdıran "Domjale" 3-cü pillədə möhkəmlənib.