"DÇ-2018"in oyunlarının başlama saatını açıqlandı

FİFA "DÇ-2018"in oyunlarının başlama saatını açıqlayıb.

Newsport.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyada təşkil olunacaq mundialın açılış oyunu iyunun 14-də keçiriləcək.

Moskvada "Lujniki" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Meydan sahibi Rusiyanın açılış matçındakı rəqibinə qrup mərhələsinin püşkündən sonra aydınlıq gələcək.

Qrup mərhələsinin iki turunun oyunları Bakı vaxtı ilə saat 14:00, 17:00, 20:00 və 23:00-da başlayacaq. Lakin bəzən eyni gündə 3 oyun keçiriləcək ki, həmin görüşlərin də startı Bakı vaxtı ilə saat 16:00, 19:00 və 22:00-da veriləcək.

Qrup mərhələsinin III turunun bütün görüşləri eyni saat - 18:00 və 22:00-da (Bakı vaxtı ilə göstərilib) başlayacaq. 1/4 final mərhələsinin də oyunları həmin saatda keçiriləcək. Yarımfinal mərhələsinin oyunları Bakı vaxtı ilə saat 22:00-da, final görüşü isə 19:00-da start götürəcək.

Qeyd edək ki, üçüncü yer uğrunda matçın başlama saatı Bakı vaxtı ilə 18:00-a nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right