Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin "Kayrat"a keçidi rəsmiləşib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəvərə görə, 34 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Tərəflər razılığa gəlsə, müqavilə mövsümün sonu daha bir il artırıla bilər.
A.Arşavin yeni klubunda 28 nömrəli forma geyinəcək.
Qeyd edək ki, A.Arşavin “Zenit” (Rusiya), “Arsenal” (İngiltərə) kimi klublarda oynayıb. Onun son klubu "Kuban" (Rusiya) olub.