"Çelsi”dən ayrıldıqdan sonra işsiz qalan Joze Mourinyo maraqlı açıqlamaları ilə yadda qalıb.
Newsport.az-ın məlumatına görə, "Bt Sport” telekanalında efirə gedən "Çempionlar Liqası” verlişində qonaq olan mütəxəssis argentinalı futbolçu Leonel Messinin "Barselona”nın uğurundakı payından danışıb:
"Messi "Barselona”da 3 fərqli mütəxəssislə Çempionlar Liqasını qazanıb. Onunla oynamaq, ona qarşı oynamaqdan daha asandır. Mən futbol adamıyam. İnsanlar bəzən fərdi oyunun komandadan daha önəmli olduğunu fikirləşrilər. Mən isə, komanda oyununun daha önəmli olduğunu düşünürəm. Amma bəzi oyunçuular var ki insanda tamamilə fərqli düşüncələr yaradırlar.”
Mourinyo həmçinin özünə olan təkliflər barədə də danışıb: "Bir neçə təklif var. Bütün təklifləri sakit şəkildə dəyərləndirirəm. İyun və ya iyul ayında yeni iş yerim müəyyənləşəcək.”