Azərbaycan pasportundan imtina etmiş futbolçunu Rusiyada çırpdılar

Rusiyanın I divizionu hesab edilən Milli Futbol Liqasında (FNL) Novosibirskin "Sibir" və Armavirin "Torpedo" klubları arasında növbəti oyun kütləvi dava olub.

Newsport.az-ın məlumatına görədavada meydançada olan, demək olar ki, bütün futbolçular iştirak edib. 

Novosibirskdəki oyunun gedişində baş hakim İqor Nizovtsev meydan sahiblərinin qapısına 2 penalti təyin edib. Hakimin belə davranışı oyunda ehtirasların qızışmasına gətirib çıxarıb. Son dəqiqələrdə təyin olunan 2-ci penalti zərbəsindən sonra "Sibir"in futbolçusu Aleksandr Makarenko qonaq komandanın oyunçusu Nikita Qluşkovun ayağına zərbə endirib. 2 oyunçu arasında mübahisə kütləvi davaya çevrilib. Moskva "Spartak"ının keçmiş məşhur futbolçusu, indi Armavir "Torpedo"sunun baş məşqçısı olan Valeri Karpin meydançaya çıxaraq işə qarışmalı olub. 

Davanın qızışmasında dekabrda Rusiyada oynamağa görə Azərbaycan pasportundan imtina etmiş və rəhbərliyi ermənilər olan "Torpedo"ya keçmiş millimizin sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyev də yaxından iştirak edib. O, "Sibir"in 2 qoluna imza atmış Roman Belyayevə təpik vurub. Bunu Belyayev cavabsız qoymayıb. 

Qeyd edək ki, oyunda qonaqlardan Nikita Qluşkov, Abdulla Abatsiyev (qırmızı vərəqə alarkən əvəzlənmişdi - red.) və meydan sahiblərindən Roman Belyayev qırmızı vərəqə alıb. Oyuna gəlincə, görüş 2:2 hesabı ilə başa çatıb (qaynar.info).

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right