Hakan Çalhanoğlu futboldan kənarlaşdırıla bilər

FIFA "Bayer"in formasını geyinən Hakan Çalhanoğlu ilə bağlı araşdırmalara başlayıb.
Newsport.az-ın məlumatına görə, araşdırma "Trabzonspor"un şikayəti əsasında başlayıb. Belə ki, Hakan Çalhanoğlu 2011-ci ildə Qara dəniz klubu ilə ön anlaşma imzalasa da, buna əməl etməyib.
 
Həmin vaxt "Karlsrue"nin formasını geyinən futbolçu "Trabzonspor"la ön anlaşma imzalayıb və 100 min avroluq ilkin ödəniş alıb. Bu anlaşmaya əsasən futbolçu transferdən vaz keçəcəyi halda 1 milyon avro ödəməli imiş. Amma o, "Hamburq"la müqavilə imzalasa da, tələb olunan məbləği "Trabzonspor"a ödəməyib. Bu səbəbdən klub 2013-cü ildə FIFA-ya şikayət edib.
 
Hakan Çalhanoğlunun günahı sübuta yetirilsə, bir neçə ay futboldan kənarlaşdırılacağı gözlənilir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right