Rusiyanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev millimizlə görüşöncəsi danışıb.
Newsport.az-ın məlumatına görə, Pisarev bunları deyib: "Komandamız martın 21-də toplanacaq. Dərhal da Rostov-na-Donuya uçacağıq. Həmin vaxta kimi Premyer Liqa və birinci divizionda turlar olacaq. Namizədlərimizi izləyəcəyik. Azərbaycanla oyuna kimi heyətdə dəyişikliklər ola bilər.
Ümidvaram ki, Azərbaycanla oyuna yaxşı hazırlaşacağıq. Klubunda oyun praktikası olan futbolçuları milliyə dəvət etmək istəyirik".