İngiltərə Premyer Liqasında mübarizə aparan "Uotford” klubunun qapıçısı Eurelio Qomes yerli mətbuata maraqlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, Premyer Liqada "Arsenal” üzərində qazanılan qələbə (2-1) barədə danışan Braziliya milli komandasının sabiq üzvü "Arsenal”ın böyük komanda olmadığını bildirib:
" "Arsenal”la qarşılaşmaq üçün əla vaxt idi. Qarşılaşmaya çıxanda özümüzə çox güvənirdik. "Arsenal”ı güclü rəqiblərlə qarşılaşmada izləyən zaman kiçik komanda olduqlarını hiss edirsən. "Arsenal” böyük komanda deyil. Onların yaxın zamanlarda hər-hansı kubok qazanacağına inanmıram. ”
35 yaşlı qoplkiper həmçinin "Arsenal” üzərində qələbə qazanmağın sirlərini də açıqlayıb: "Həmin oyunda ötürmələr sayəsində boşluqlar yarana biləcəyini və "Arsenal”ın müdafiədə kobud səhvlər edəcəyini çox yaxşı bilirdik. "Topçular” güclü müdafiəyə malik komanda deyil.”