AFFA ötən il A kateqoriyalı məşqçi kursu keçirmişdi.
Newsport.az-ın məlumatına görə, həmin kursa qatılan mütəxəssislər UEFA-dan müvafiq məşqçilik lisenziyası almaq üçün dekabr ayında imtahan veriblər.
Samir Abasov, Aftandil Hacıyev, Ayxan Abbasov, Zaur Həşimov və İqor Getman bu imtahandan uğurla keçib və A kateqoriyalı məşqçilik lisenziyası alıb. Amma "Rəvan"ın sabiq baş məşqçisi Emin Quliyev bu imtahandan kəsilib. O, müvafiq məşqçilik lisenziyasını almaq üçün yenidən imtahan verməli olacaq.