Qazaxıstan millisində baş məşqçi funksiyasını yerinə yetirən Talqat Baysufinov bu ay keçirəcəkləri iki yoldaşlıq oyunu haqda danışıb.
Newsport.az-ın məlumatına görə, Baysufinov martın 26-da qarşılaşacaqları Azərbaycan yığmasının ciddi rəqib olduğunu bildirib:
"Ölkənin əsas komandası həmişə qələbəyə can atmalıdır. Matçın yoxlama və ya rəsmi olmasının fərqi yoxdur. Azərbaycan və Gürcüstan yığmaları ciddi rəqiblərdir. Müdafiədə kompakt oynamaq lazımdır. Eyni zamanda hücuma atılmağı da unutmamalıyıq".