Gürcüstan millisinin yeni baş məşqçisi bəllidi

Gürcüstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, komandanı Vladimir Vays çalışdıracaq.

Gürcüstan Futbol Federasiyası Vaysı bu gün rəsmən ictimaiyyətə təqdim edəcək. Slovakiyalı mütəxəssis yeni vəzifəsində yanvar ayında yığmadan qovulan Kaxaber Sxadadzeni əvəzləyəcək. O, Gürcüstan yığması ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, daha öncə Slovakiya millisini çalışdıran 51 yaşlı mütəxəssisin son komandası Qazaxıstanın "Kayrat" klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right