Almaniya ikinci bundesliqasında 26-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue" doğma meydanda "Haydenheym"lə qarşılaşıb.
Matç 0:0 hesabı ilə başa çatıb.
Millimizin üzvü D.Nazarov start heyətdə meydana daxil olub və 74-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" 26 turdan sonra 35 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.