Emil Balayevsiz Ayntraxt yeni baş məşqçi ilə də uduzdu

Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi səfərdə Münhenqladbax "Borussiya"sının qonağı olub. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 24 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir. Halbuki, məhz uğursuz çıxış etdiyi üçün komanda son oyun öncəsi yeni baş məşqçiyə - xorvatiyalı Niko Kovaça tapşırılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right