2011-ci ildə futbolla vidalaşan məşhur qapıçı Edvin van der Sar karyerasını bərpa edib.
Newsport.az-ın məlumatına görə, 45 yaşlı veteran gənclik illərində formasını geyindiyi "Nordveyk” komandasının heyətində oyuna çıxıb. O, "Yodan Boys”la qarşılaşmada start heyətində meydana daxil olub və sonadək mübarizə aparıb.
Təcrübəli qapıçı matçın gedişində rəqibin 11 metrlik cərimə zərbəsini yerinə yetirməsinə imkan verməyib. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, Van der Sar "Nordveyk”lə 1 oyunluq müqavilə imzalamışdı. O, zədə səbəbindən qapıçı yoxluğundan əziyyət çəkən komandasına kömək etməyə razılıq vermişdi.