"Borussiya”nın qabonlu futbolçusu Pyer Emerik Obameyanq Madrid "Real”ına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə , Almaniya mətnbuatına açıqlama verən futbolçu yayılan xəbərlərin həqiqət olmadığını açıqlayıb: "Bu dəqiqə mövsümə hazır durumdayam. Dortmund klubunun futbolçusuyam və bütün fikrimi hədəflərimizə yönəltmişəm. ”
Dortmund klubunun baş məşqçisi Tomas Tühel də Obameyanqın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Auba komandamızda xoşbəxtdir. Əgər özünü yaxşı hiss etməsəydi yeni müqavilə imzalamazdı.Heç vaxt onu göndərmək barədə düşünməmişik.”
Qeyd edək ki, Obameyanq bir müddət əvvəl babasına söz verib. O, babasının arzusunu yerinə yetirəcəyini və nə vaxtsa Madrid "Real”ında oynayacağını bildirib.