Kanada yığmasının baş məşqçisi Benito Floro iyunun 3-də Azərbaycana qarşı keçirəcəkləri yoxlama matçı ilə bağlı fikirlərii bölüşüb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"İyun ayında Azərbaycan yığması ilə yoxlama oyunu keçirməyi nəzərdən keçiririk. Fikrimcə, bu, futbolçularımız üçün çox yaxşı test olacaq. Avropa toplanışı bizim üçün çox vacibdir. Çünki bu toplanış müddətində komandada yeni metodlar yarada, sınaqdan keçirə bilərik".